- Baxış sayı: 35
- 17 Sentyabr 2026 23:24
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

“Braziliya” millisinin və “Real”ın ulduzu Vinisius Junior şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu keçmiş sevgilisi Virciniya Fonseka ilə münasibətlərini bərpa edib.
Buna modelin sosial şəbəkədə Vinisiusla birlikdə yeni fotosunu paylaşması səbəb olub. Futbolçu da paylaşımın altında “Səni belə görmək necə də gözəldir” şərhini yazıb.
Xatırladaq ki, cütlük may ayının sonunda ayrılmışdı. Virciniya Fonseka həmin vaxt münasibətin başa çatdığını açıqlayaraq, hər zaman münasibətlərinə səmimi yanaşdığını, lakin mənasını itirən əlaqəni davam etdirməyin doğru olmadığını bildirmişdi. O, ayrılıq qərarını qarşılıqlı hörmət çərçivəsində qəbul etdiklərini vurğulamışdı.


