TGF-nin azərbaycanlı xarici əlaqələr direktoru bu dəfə Budapeştdə iş başında olub

TGF-nin azərbaycanlı xarici əlaqələr direktoru bu dəfə Budapeştdə iş başında olub

Macarıstanın paytaxtında İmrə Polyak, Yanoş Varqa və İştvan Kozmanın xatirəsinə güləş üzrə dünya əmsal sıralaması başa çatıb. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”də Məhəmməd Sokayev (92 kq) qızıl, Cəbrayıl Həsənov (79 kq) gümüş medal qazanıb.

Qadınlarda 65-kq-da Birgül Soltanova 3-cü yer tutub.

Yunan-Roma güləşində 63 kq-da Murad Məmmədov və 97 kq Arif Niftullayev 5-ci yerlə kifayətləniblər.

Bu yarışı izləyənlər arasında Türkiyə güləş federasiyasının Beynəlxalq nümayəndəlik və xarici əlaqələr direktoru Əjdər Cəfərov da izləyib. Səfərin gedişində o bir neçə işgüzar görüş keçirib. Bundan öncə o, Azərbaycan güləş federasiyasının etika və intizam komitəsinin üzvü Firdovsi Umudovla birgə Gürcüstan paytaxtında Amerika peşəkar güləş liqasında TGF-nin başqanı Taxa Ağgül ilə işbaşında olub. 

Həmin kateqoriyadan