“Ordu” hazır vəziyyətə gətirilir: “Çalışırıq ki, avrokuboka layiq heyət yığaq”

“Ordu” hazır vəziyyətə gətirilir: “Çalışırıq ki, avrokuboka layiq heyət yığaq”

Son mövsümdə kişilərin yüksək liqasında gümüş medala yiyələnən “Ordu” klubu yeni mübarizəyə hazırlığını Osaka şəhərində davam etdirir. “Hərbçilər”i qarşıda avrokubok oyunları da gözləyir. “Bir Azərbaycanlı” (“İl`Azero”) iyulun 15-ində Çağırış kubokunda rəqibinin adını biləcək. Baş məşqçi Cavid Süleymanov allsport.az portalına açıqlamasında son duruma aydınlıq gətirib:

“FİVB millətlər liqası keçirilir. Öncə Polşada olduq, sonra Yaponiyaya səfərə yollandıq. Komanda daxilində izdiham var. Yeni legionçularla danışıqlar yekunlaşır. Çalışırıq ki, avrokuboka layiq heyət yığaq. Yeni hədəfimiz ölkə çempionatında qızıl medallar, Avropada yaxşı oyun nümayiş etdirməkdir. Bu dəfə daha yaxşı səviyyədə olacağımıza inanıram”.

Həmin kateqoriyadan