Ölkə idmanı batmaqda davam edir: Bu dəfə ölümdən betər – dələduzluqa həbs oldular

Ölkə idmanı batmaqda davam edir: Bu dəfə ölümdən betər – dələduzluqa həbs oldular

Azərbaycan kikboks federasiyasının keçmiş vitse-prezidenti Səbuhi Rəcəbə əvvəlki cəzası da hesablanmaqla, 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Allsport.az saytı xəbər verir ki, onun idmançı həmkarı Elman Mirzəyevə isə 3 il sınaq müddəti seçilməklə, şərti cəza kəsilib. Bu barədə hökm Bakı ağır cinayətlər məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən vəziyyətdə elan olunub. Hökmə əsasən, adı 2-ci çəkilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib. İstintaq materiallarında onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməkdə şübhəli biliniblər.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Bakı ağır cinayətlər məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, eləcə də Elman Mirzəyevin barəsində istintaqda birgə məqamların və eyni zərərçəkmişlərin üzə çıxması ilə bağlı cinayət işi birləşdirilib. Hər ikisi barəsində cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Açılan cinayət işi əsasında eyni icraatda Bakı ağır cinayətlər məhkəməsində yeni məhkəmə keçirilib.

Hər 2 ünlü idmançının yaxın keçmişdə uğurlu fəaliyyəti olub. Son dövrdə ölkə idmanında ölüm hadisələrinin adiləşməsi, şiddət, zor, dələduzluq, dava-dalaş hallarının artması müxtəlif təbəqələr arasında narazlılıq və narahatlıq yaradıb.

Həmin kateqoriyadan