Qazaxda ilk dəfə avarçəkmə

Qazaxda ilk dəfə avarçəkmə

İyulun 24-də gənclər və idman nazirliyi ilə Azərbaycan su idman növləri federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün “idman paytaxtı” seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev bağının ərazisində yerləşən su hövzəsində idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak ediblər.

Tədbir zamanı Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib. Sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub.

Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb. Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Sözü gedən federasiya, su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırıb.

Həmin kateqoriyadan