- Baxış sayı: 61
- 25 İyul 2026 11:34
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov, Avropa çempinatına hazırlığı davam etdirən qadın millimizlə görüşüb. Allsport.az saytı xəbər verir ki, GİN-in voleybol mərkəzində baş tutan görüşdə onu vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov və federasiyanın əməkdaşları müşayiət ediblər. AVF rəhbərliyi ilk olaraq komandamızın məşqini izləyib.
Sonra seçmənin üzvləri və məşqçilər heyəti ilə söhbət olub. Bakıda Avropa çempionatının ilk dəfə 2017-ci ildə keçirildiyini və həmin yarışda millimizin uğurlu nəticə qazandığını xatırladan Şahib Bağırov, komandamızın bu dəfə də doğma meydanda qrup mərhələsini adlayıb pley-offa yüksələcəyinə inamını ifadə edib. O, Faiq Qarayevin rəbərliyi ilə voleybolçularımızın mərhələ keçmək üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu vurğulayıb, onlara uğurlar arzulayıb.
Daha sonra AVF rəhbərliyinə məşq prosesinin növbəti mərhələsi, həmçinin keçirəcəyi yoxlama qarşılaşmaları haqqında ətraflı məlumat verilib.