- Baxış sayı: 57
- 12 İyul 2026 23:37
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclərin Avropa çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, sərbəst güləşçilərimiz bu yarışda tarixi uğura nail olublar. Millimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra 2-ci yeri tutub. Ermənistan (118) isə 3-cü pillədə qərarlaşıb. Seçməmiz bu nəticəylə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, mütəxəssislər – Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi ilə Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıblar.