3 illik müqavilə

3 illik müqavilə

NHL təmsilçisi “Yuta Mammot” heyətini gənc müdafiəçi Maks Pşeniçka ilə gücləndirib.

Allsport.az xəbər verir ki, 19 yaşlı çexiyalı hokkeyçi ilə 3 illik yeni oyunçu müqaviləsi imzalanıb.

Pşeniçka ötən mövsüm VHL-də “Portlend Vinterhoks”un heyətində çıxış edib. O, keçirdiyi oyunlarda 30 xal (8 qol, 22 məhsuldar ötürmə) toplayıb. Müdafiəçi eyni zamanda “Yuta”nın farm-klubunun heyətində AHL-də də debüt edib.

Maks Pşeniçka 2026-cı il gənclər arasında dünya çempionatında Çexiya millisinin heyətində gümüş medal qazanıb. O, turnirdə keçirdiyi 7 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Pşeniçka 2025-ci il NHL draftında ikinci raundda ümumi 46-cı sıradan seçilmişdi.

Həmin kateqoriyadan