Daha 1 il NHL klubunda

Daha 1 il NHL klubunda

NHL təmsilçisi “Karolina Harrikeynz” müdafiəçi Ronan Sili ilə yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, 23 yaşlı hokkeyçi ilə 1 illik ikitərəfli müqavilə bağlanıb.

Razılaşmaya əsasən, Sili NHL-də çıxış edəcəyi təqdirdə 850 min ABŞ dolları, AHL-də “Karolina”nın farm-klubu “Çikaqo Vulvz”un heyətində oynayacağı halda isə 100 min ABŞ dolları qazanacaq. Müdafiəçiyə minimum 160 min ABŞ dolları ödənilməsi təmin olunub.

Sili ötən mövsüm yalnız “Çikaqo Vulvz”un heyətində çıxış edib. O, AHL-də keçirdiyi 69 oyunda 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Hokkeyçi həmçinin pley-off mərhələsində 21 oyunda iştirak edərək 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının finala yüksəlməsinə töhfə verib.

Həmin kateqoriyadan