BƏƏ-nin paralimpiya komitəsinin prezdenti Bakıda

Birləşmiş Ərəb Əmirliklərinin paralimpiya komitəsinin prezidenti, beynəlxalq paralimpiya kKomitəsinin icraiyyə komitəsinin üzvü Məhəmməd Məhəmməd Fadel Al Hameli Bakıda səfərdədir.

Allsport.az xəbər verir ki, o, Heydər Əliyev fondu və milli paralimpiya komitəsinin birgə təşkil etdiyi, beynəlxalq paralimpiya komitəsinin 30 illik yubileyinə həsr olunmuş “yenilməzlər” beynəlxalq qala təqdimatda iştirak etmək üçün Azərbaycana gəlib.

Sabah Bakıda “yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək. Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində stimullaşdırılmasıdır.

Həmin kateqoriyadan