Bədii gimnastlarımız klublararası dünya çempionatında

Azərbaycan gimnastları sentyabrın 30-dan oktyabrın 6-dək Tokioda keçiriləcək bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, bunu jurnalistlərə milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. Adı çıkilən rəqabətdə Rusiya, Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrin idmançıları iştirak edəcəklər.

Hər bir klubun tərkibinə 3 idmançı daxildir – 2 senyorka (16 yaşdan) və 1 senyorka (16 yaşadək).  Marina Vasilevanın sözünə görə, Azərbaycan seçməsinin tərkibinə Marina Durunda, Ayşən Bayramova və Jalə Piriyeva daxil olacaq: “Piriyeva yuniorkaların proqramında çıxış edəcək. Ötən çempionatda beşinci yeri tutduq və ümid edirəm ki, idmançılarımız bu il daha yaxşı nəticə göstərəcəklər”.

Həmin kateqoriyadan