Bəzi cüdoçularımız reytinqdə mövqelərini bir qədər yaxşılaşdırıblar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, IJF sıralamada 20-22 noyabrda Jeju qran-prisində yığılan xalları da nəzərə alıb. Azərbaycan millisi bəzi çəkilərdə mövqeyini qoryuyub. Reytinqdə 2 cüdoçumuz – Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini davam etdirirlər. İdmançılarımızın müvafiq olaraq 2322 və 2410 balları var.

Yığmamızın digər aparıcı üzvündən Orxan Səfərov (60 kq) 1862 xalla 3-cü yerdədir. Bu çəkidə İlqar Müşkiyev Qinqdao qran-prisində qələbəsindən sonra sıçrayış edərək, 16-cı pilləyə qalxıb (976). Son zamanlar yüksəlişdə olan Nicat Şıxəlizadə (66 kq) 1492 xalla 5-ci sıraya qalxıb. Bu çəkidə Tərlan Kərimov yenə geriləyərək, 45-ci mövqeyə düşüb (369).

81 kq-da Abdulhaqq Rəsullu 70-ci (224), 90 kq-da çıxış edən Məmmədəli Mehdiyev 38-ci (453) və Ramin Qurbanov 48-ci (370) sıralarda qərarlaşıblar.
Dünya çempionu Elxan Məmmədov (100 kq) 837 balla 20-ci yerdədir. Ən ağır çəkidə mübarizə aparan Uşanqi Kokauri 38-cidir (484).

İndiki vəziyyətdə 4 cüdoçumuz Rio-2016-ya vəsiqəni təmin edib. Cəmdə 6 tatami ustamız olimpiadaya lisenziya ilk 22-likdə mövqe tutublar. 81 və 90 və +100 kq-larda çıxış edən idmançılarımız gələn il çıxışlarını yaxşılaşdırsalar, onda «dördilliyə» vəsiləqələrimizin sayı daha çox ola bilər.

Həmin kateqoriyadan