“Bəzi şeylərin həlli üçün müəyyən qədər zamana ehtiyacımız var”

Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Skopye şəhərində Şimali Makedoniya futbolçularını 3:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Canni de Byazi bunu söyləyib:

“Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və 2-ci qolu vurduq. Şimali Makedoniya millisinin də 2 qol vurmaq imkanı oldu.

Hər dəfə deyirdim ki, bəzi şeylərin həlli üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.

Həmin kateqoriyadan