- Baxış sayı: 15
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Bakıda cüdo üzrə növbəti “Böyük dəbilqə”nin tarixi bəlli olub. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarış gələn ilin payızında keçiriləcək.
Tədbirə noyabrın 4-də start veriləcək. 3 gün davam edəcək sınaq ayın 6-da başa çatacaq. Bu il keçirilən turnir noyabrın 5-7-də təşkil olunub.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.