Bakı çempionatında hansı atletlər fərqləndi?

Atletika federasiyasının yeniyetmələr arasında təşkil etdiyi Bakı birinciliyi keçirilib.

Allsport.az xəbər verir ki, birincilik respublika olimpiya mərkəzində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında baş tutub. Turnirdə 100-ə yaxın atlet mübarizə aparıb.

Oğlanların 60 metr məsafəyə qaçışında Əliəkbərov Aleksey 1-ci olub. 200 və 400 metrdə qalib adını Salahzadə Teymur qazanıb. 800 metrdə Mehdiyev Mahmud, 1500 metrdə Bayramov Nurlan 1-ci yeri tutub.

Uzunluğa tullanmada Abbaszadə Kəsgin rəqiblərini qabaqlayıb. Üç təkanla tullanmada isə Əliyev Cabir 1-ci olub.

Yadro itələmədə (5 kq) Yusif Nəzərov 1-ci yeri tutub.

Qızların 60 metr məsafəyə qaçışında Qəmbərova Bibixanım qalib olub. 200 metrdə isə İsrafilova Tutuxanım hamını qabaqlayıb. Tutuxanım 400 metrdə də qalib adını qazanıb. 800 metr məsafəyə qaçışda Əliyeva İradə qalib olub.

Uzununa tullanma yarışında Mehrəliyeva Aysel 1-ci olub. Aysel üç təkanla tullanmada da qalib adını qazanıb.

Qaliblər diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan