“Bakı marafonu 2024”ün qalibləri 

Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu-2024”ün qalibləri bəlli olub.

Allsport.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda Ukrayna və Türkiyə təmsilçiləri finiş xəttinə birinci çatıblar.

Qadınlar arasında Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

Yarışa 18 mindən çox iştirakçı qatılıb.

Həmin kateqoriyadan