- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Məlum olduğu kimi, cüdo üzrə millimiz gələn ay Fransanın paytaxtı Paris və Almaniyanın Düsseldorf şəhərində “Böyük dəbilqə” yarışlarında iştirak edəcək.
Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda yerləşən təlim-məşq bazasında komandamızla yanaşı, Türkiyə yığmasının cüdoçuları da hazırlaşır.
Həmçinin, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət tatami ustaları da paytaxta gəliblər. Birgə toplanışa ayının 26-sı yekun vurulacaq.