Bakıda əfsanəvi alpinistlə görüş

Azərbaycan alpinizm federasiyasının təşkilatçılığı ilə məşhur dağadırmanan Denis Urubko ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda əfsanəvi alpinist maraqlı çıxış edib, ekstremal vəziyyətlərdə çəkilmiş unikal videoları ilə izləyiciləri tanış edib. Təhkiyəçilik istedadı, auditoriya ilə dialoq qurmaq qabiliyyəti, zaldakıların bütünlükdə diqqətini cəmləyə bilmək bacarığı və Denisin şəxsi xarizması görüşə qeyri-adi rəng qatıb.

Denisin onlarla insan həyatının xilası, unikal məşqlər, təbiətə qayğı, dağlara məxsus prinsiplər və təhlükəsizliyi gözləməyin əhəmiyyətini anladan çıxışı böyük marağa səbəb olub.

Məşhur idmançı Bakıxanov qəsəbəsində yerləşən Kühül dağında master-klas da keçib və müxtəlif ləvazimatlardan istifadə metodlarını, bu ləvazimatların təkmilləşdirilməsi, dağlarda müxtəlif tapşırıqların öhdəsindən gəlməyə yardım edəcək tövsiyələrini bölüşüb.

Müxtəlif zirvələri fəth etmiş və mükəmməl məşqçi təcrübəsinə yiyələnmiş alpinistlərdən biri kimi özünün texnikasını işləyib hazırlayan Denis bu gün onu uğurla həyata keçirir.

O, 14 səkkizminliyi fəth etmiş 15-ci, oksigen balonu istifadə etmədən fəth edən 8-ci şəxs kimi tarixə düşüb.

Həmin kateqoriyadan