- Baxış sayı: 40
- 17 Sentyabr 2026 18:52
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Beynəlxalq Atletika Federasiyasının dəstəyi ilə 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirə qatılan 15 iştirakçıdan 6-sı imtahandan və nəzəri və praktiki çalışmalardan uğurla keçib.
Nəticələr BAF-yə göndərilib. İmtahandan uğurla keçən iştirakçılar yığdıqları ballara uyğun olaraq lektor və ya assistant lektor sertifikatını alacaqlar. Bu kurs beynəlxalq federasiyanın qeydiyyat bazasında rəsmi olaraq təsdiqlənib.
Tədbirə qatılanlara BAF tərəfindən göndərilmiş iştirak sertifikatları verilib.