- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində beynəlxalq təlim-məşq toplanışına start verilib. Allsport.az xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Avstriya, Xorvatiya, Monteneqro və Almaniyadan ümumilikdə 70-dək cüdoçu qatılıb.
Toplanışın məqsədi idmançıların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı şəkildə hazırlaşmaqdan ibarətdir.