Bakıda daha bir turnir təxirə salındı

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.

Allsport.az xəbər verir ki, paralimpita komitəsi nazirlər kabinetinin yanında operativ qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub.

Anlaşmaya əsasən, turnir 2021-ci ilin mayında olacaq və Tokio 2020 yay paralimpiya oyunları öncəsi sonuncu kvalifikasiya yarışı olacaq.

IBSA bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplantısının keçirilməsi ilə bağlı komitəyə müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaqdır.

Həmin kateqoriyadan