Bakıda rekord sayda əcnəbi

Bakıda rekord sayda əcnəbi

Bakıda keçirilən Formula-1 Azərbaycan qra prisinin 10-cu – yubiley yarışında paytaxta gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Allsport.az xəbər verir ki, bu, Formula-1 yarışının Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir.

Ötən il Azərbaycan qran prisini izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 14 min olub.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. Bu il Azərbaycan qran prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

Beləliklə, 10-cu Azərbaycan qran prisi rekord sayda xarici qonağı Bakıya gətirməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.

Həmin kateqoriyadan