- Baxış sayı: 47
- 22 İyun 2026 10:05
- Baxış sayı: 219
- İyun 23, 2026
- 0

Allsport.az xəbər verir ki, yeniyetmə qızlardan ibarət yığmanın cüdoçuları üçün 17 apreldən etibarən təlim-məşq toplanışı təşkil edilib.
29 aprelə qədər davam edəcək hazırlıqda millinin 31 üzvü iştirak edir.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, qadınlardan ibarət yığmanın məşqçiləri Kifayət Qasımova və İmamverdi Məmmədov rəhbərlik edir.
Təlim-məşq 6-7 mayda Göygöldə baş tutacaq yeniyetmələr arasında Avropa kubokuna hazırlıq məqsədi daşıyır.