Basketbol federasiyası NBA ilə əməkdaşlığa başladı

“Four Seasons” otelinin “Rast” zalında Jr.NBA Azərbaycan basketbol liqasının təqdimat mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, NBA-nın vitse-prezidenti Xesus Bueno Paskual, ABŞ-nın Azərbaycandakı səfiri Li Litsenberqer, ölkəmizdəki basketbol federasiyasının prezidenti Nadir Nəsibov iştirak edirdilər.

Xesus Bueno Paskual Azərbaycanda Jr.NBA liqasının təsis edilməsinin əhəmiyyətindən danışıb. O, bu layihənin artıq 4 il inkişaf etdiridildiyini və iştirakçi ölkələrinin sayının 80-nə çatdığını söylədi. Mötəbər qonaq Azərbaycanda Jr.NBA layihəsinə dövlətin dəstək verməsini alqışlayaraq, bu layihənin 1-ci mərhələdə 3 il ərzində həyata keçiriləcəyini söylədi.

ABŞ-nın Azərbaycandakı səfiri Li Litsenberqer çıxışında qəzada vəfat edən Kobi Brayantı 1 dəqiqəlik sükutla andıqlarına görə tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirərək ümid etdi ki, gələcəkdə NBA-da Azərbaycan basketbolçuları da çıxış edəcəklər.

Həmin kateqoriyadan