BBD-yə vəsiqə qazanmaqa namizədlər müəyyən olunub

Kişilər arasında ACF turunun birinci turniri başa çatıb

Allsport.az xəbər verir ki, 19 apreldə Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçirilib.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 80 cüdoçu tatamiyə çıxıb. Turnirdə idmançılar 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.

Bu il 3 belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı böyük dəbilqə turnirinə vəsiqə qazanacaq.

Medalçıların siyahısını təqdim edirik:

60 kq

1. Kənan İsmayılov

2. Nazir Talıbov

3. Əhməd YusifovRövşən Əliyev

66 kq

1. Ruslan Paşayev

2. Kəramət Hüseynov

3. Tofiq ƏliyevTofiq Əliyev

73 kq

1. Rəşid Məmmədəliyev

2. İbrahim Əliyev

3. Rüfət ŞovlatovNurlan Osmanov

81 kq

1. Zelim Tçkayev

2. Məmmədrza Hacızadə

3. Kərim AllahverdiyevMəhərrəm İmamverdiyev

90 kq

1. Elcan Hacıyev

2. Musa Hüseynli

3. İbrahim AğakişiyevNihad Şıxəlizadə

100 kq

1. Adil Kərimli

2. Aslan Mirzəyev

3. Ruslan Nəsirli

100 kq-dan yuxarı

1. Camal Qamzatxanov

2. Sabir İsayev

3. Toğrul SalmanovQurban Məmmədli

Həmin kateqoriyadan