- Baxış sayı: 34
- 18 Aprel 2024 22:14
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
23 dekabrda Beynəlxalq cüdo federasiyasının akademiyasının ekspertləri Məsud Qapan və Qaya Gəzəkərin iştirakı ilə məşqçilərin praktiki imtahanına son mərhələ başlayıb.
Allsport.az saytı xəbər verir ki, ayın 30-unadək qədər davam edəcək məşğələlərdə Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 50-dən çox məşqçi iştirak edirlər.
ACF və BCF ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində məşqçilər üçün təlimlər 7 martdan etibarən başlayıb. Ekspertlərin iştirakı təlim proqramının birinci mərhələsi 9 mayda, ikinci mərhələsi isə 18 iyulda baş tutub. Təlimin yekun imtahanı 2023-cü ilin fevral ayında keçiriləcək.