Belluççi millimizdə işləyəcəyini təsdiqlədi

İtaliyalı məşqçi Klaudio Belluççi Azərbaycan millisində işləyəcəyini təsdiq edib. Allsport.az tuttomercatoweb.com saytına istinadla xəbər verir ki, 45 yaşlı mütəxəssis yığmanın baş məşqçisi Canni De Byazinin köməkçisi olacağını bildirib:

“Mən son bir ildə cənab Byazi ilə çalışmışam. İndi yeni işə başlayırıq. Düşünürəm ki, bu, bizim üçün yeni mərhələdir”.

Canni De Byazinin digər köməkçiləri Arif Əsədov və həmyerlisi Benni Karboneni olacaqlar.

Həmin kateqoriyadan