Beynəlxalq abilimpiya federasiyasına üzv seçilib

Milli abilimpiya federasiyası beynəlxalq quruma üzv seçilib. Allsport.az saytı xəbər verir ki, BAF-ın prezidenti Kazuo Tabata AMAF-lı həmkarı İlqar Rəhimova bununla bağlı təbrik məktubu göndərib. O, əməkdaşlığı, bizim fəaliyyəti yüksək qiymətləndirib. Tərəfdaşlıq fiziki məhdudiyyətli şəxslərin peşə bacarıqlarının artırılması və məşğulluq yolu ilə sosial həyatda iştirakına çox böyük töhfə vermiş olacaq.

Abilimpiya hərəkatı 1970-ci ildə Yaponiyada yaradılıb. Bacarıqların olimpiya hərəkatı yaradılmasında məqsəd, əlilliyi olan şəxslərin peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq federasiyaya bu gün 50-dən çox ölkə üzvdür. 1981-ci ildən başlayaraq abilimpiya hərəkatının beynəlxalq yarışları olimpiya oyunları kimi dörd ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir.

Həmin kateqoriyadan