Beynəlxalq cüdo federasiyası Səid Mollayini ölkəmiz adına çıxış etməsinə icazə verdi

Beynəlxalq cüdo federasiyası Tokio oyunlarının gümüş mükafatçısı və dünya çempionu Səid Mollayinin 2 may 2022-ci ildən etibarən Azərbaycan millisinə üzv olmasına rəsmi razılıq verib.

Allsport.az saytı xəbər verir ki, yeni qaydaya əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən, əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq.

Bu qaydaya əsasən, o, hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. Səid 81 kq-da dünya reytinqində 7-ci yerdə gedir.

Həmin kateqoriyadan