Beynəlxalq cüdo federasiyasının akademiyasında məşqçilərimizin təlimi davam edir

Azərbaycan cüdo federasiyasının yurd dışında qurduğu qarşılıqlı əməkdaşlıq çərçivəsində beynəlxaq cüdo federasiyasının akademiyasında cüdo məşqçilərimiz üçün təlimlər başlayıb. Allsport.az saytı xəbər verir ki, hazırlıq nəzəri və təcrübi hissələrdən ibarətdir. Akademiyasının ekspertləri Məsud QapanQaya Gəzəkərin iştirakı ilə praktiki imtahan proqramının 2-ci mərhələsi keçirilib.

Proqramın praktiki hissəsinin ilk mərhələsi ekspertlərin iştirakı ilə 9 mayda baş tutub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Hazırda Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 79 məşqçi BCF-in akademiyasında təhsil almaqdadırlar. Yekun imtahanın gələn ilin yanvarında keçirilməsi planlaşdırılır. Təlimi uğurla başa vuran məqşçilər BCF-in müvafiq beynəlxalq sertifikatı ilə təltif olunacaqlar.

Həmin kateqoriyadan