Beynəlxalq Cüdo Federasiyasının paytaxtda seminarı keçirilib

Bu gün “Avropa” mehmanxanasında hakimlər və məşqçilər üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantını Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin direktoru Bern Ahilles və komitə üzvü, yarışların komissarı Paskal Tonino Churlia keçiriblər.

Beynəlxalq tədbirdə müxtəlif yarışlarda mübahisəli vəziyətlər, qayda dəyişikliklərindən əvvəl və sonrakı texnikanın və yarış nəticələrinin statistik müqayisələri, neqativ-pozitiv cüdo, hücum-müdafiə və s. texniki-taktiki aspektlər geniş müzakirə olunub.

Müvafiq video materiallar üzərində fikir mübadiləsi aparılıb. 100-ə yaxın iştirakçının olduğu seminarda hakim və məşqçilərimizin fəallıq göstərərək əksər suallara doğru cavab verməsi və vəziyyətlərə aid maraqlı suallar vermələri seminar rəhbərlərini razı salıb. Təmsilçilərimizin bu fəallığı müsbət hal kimi qiymətləndirilib. Sonda seminar iştirakçıları alqışlarıyla əcnəbi mütəxəssislərə təşəkkürlərini bildiriblər.

13051569_548987165281918_145377748279492249_n

Həmin kateqoriyadan