Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda olublar

Bu gün səhər saatlarında Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və azərbaycanlı həmkarları ilə birgə Fəxri Xiyabana gələrək, ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül qoyub, ruhuna dualar oxuyublar.

Allsport.az saytı xəbər verir ki, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Saat 10:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük dəbilqə” beynəlxalq turnirinə start verilbi. Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər turnirə mayın 8-də yekun vurulacaq.

Həmin kateqoriyadan