“Bizim konsentrasiya və xətlərarası əlaqədə çətinliyimiz var idi”

U-21 Avropa çempionatının seçmə ələməsində Slovakiya – Azərbaycan (2:1) oyunu ilə bağlı millimizin baş məşqçisi Milan Obradoviç fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, serbiyalı mütəxəssis beynəlxalq yarışların azlığının komandaya təsir etdiyini deyib:

“Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. 2-ci hissədə isə yaxşı pressinq etdik.

Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam olaraq və nəticədən razı deyiləm”.

Həmin kateqoriyadan