Bizimkilər 5-ci səbətdə

U-21 arasında keçiriləcək Avro-2023-ün seçməsinin püşkatma vaxtı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yanvarın 28-də İsveçrənin Nyon şəhərində 53 komanda rəqibini tanıyacaq.

8 qrupda 6, 1 qrupda isə 5 yığma mübarizə aparacaq. 9 qrup qalibi və ən yaxşı nəticə göstərən 2-ci yerin sahibi finala birbaşa yollanacaq. Digər 8 qrupun 2-ciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.

Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə yer alacaq. UEFA icraiyyə komitəsinin qüvvədə olan qərarına əsasən, yığmamız Ermənistanla eyni qrupa düşə bilməz.

Həmçinin Cəbəllütariq – İspaniya, Bosniya və Hersoqovina – Kosovo, Kosovo – Serbiya, Kosovo – Rusiya və Rusiya – Ukrayna görüşləri də olmayacaq.

1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya

2-ci səbət: Avstriya, Polşa, İsveç, Çex Respublikası, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan

3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə

4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Hersoqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya

5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya

6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino

Ələmələ bu ilin martından 2022-ci ilin iyununa qədər olacaq. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında baş tutacaq.

Həmin kateqoriyadan