Boccia üzrə ölkə çempionatı

Boccia üzrə ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, püşkatma əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Ramana qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzidə baş tutacaq.

80-dən çox fiziki məhdudiyyətli idmançının qatılacağı yarışın qrup mərhələləri də 5 dekabr tarixindən başlayaraq bu məkanda keçiriləcək. Final mərhələsi 13 dekabrda saat 10:30-da Bakı idman sarayında baş tutacaq. Nəticəyə uyğun boccia üzrə millinin heyəti formalaşacaq.

Bu idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.

Həmin kateqoriyadan