Boccia üzrə “Seni Cup”

Azərbaycanlı paralimpiyaçılar arasında “Seni Cup” çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, 80-dən çox fiziki məhdudiyyətli idmançının qatıldığı yarış Bakı idman sarayında baş tutub. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşıb.

Boccia idman növü 1984-cü ildən Paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.

Azərbaycanda boccia idman növü 5 il öncə fəaliyyətə başlayıb.

Həmin kateqoriyadan