Bombardir mükafatlandırıldı

Gəncə şəhərindəki 24 saylı tam orta məktəbdə AFFA-nın U-11 Liqasının 2013/2014-cü il mövsümünün bombardiri, “Gəncə” komandasının üzvü Ümid Səmədovun mükafatlandırılma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın bombardir üçün nəzərdə tutduğu hədiyyələri veteran futbolçu Müzəffər Qasımov təqdim edib.

Tədbirdə məktəbin direktoru Şərafət Məmmədova çıxış edərək məktəbin şagirdinin belə bir uğur qazanmasının müəllim və şagird kollektivi üçün sevindirici hal olduğunu deyib.
43 qol vurmaqla U-11 Liqasının ən məhsuldar oyunçusu olmuş Ümid Səmədov tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığnı bildirib.

Həmin kateqoriyadan