“Böyük dəbilqə” üçün medallar hazır

Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin medalları hazırdır.

Allsport.az saytı xəbər verir ki, mükafatların ön tərəfində yarışın loqosu, Azərbaycanın xəritəsi, yarışın tarixi və adı həkk olunub. Arxa hissəsində isə Beynəlxalq cüdo federasiyasının loqosu yer alıb.

Noyabrın 4-6-sında Heydər Əliyev adına idman arenasında cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan