“Böyük dəbilqə”də 51 cudoçumuz iştirak edəcək

Məlum olduğu kimi, 10-12 martda paytaxtda cudoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşqçilər heyəti ev sahibliyindən istifadə edib yarışa geniş tərkibdə, 51 idmançı çıxaracaq.

Bunlardan 28-i kişi, 21-i qadın cüdoçu olacaq. Ümumilikdə, bu turnirdə 33 ölkədən 236 (148 kişi, 88 qadın) nəfər gücünü sınayacaq.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk 3 yeri tutanlar müvafiq olaraq, 1000, 700, 5 00, 5-ci pillənin sahibləri 360, 7-ci sırada qərarlaşanlar 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan