“Böyük dəbilqə”də ölkəmizi 8 cüdoçu təmsil edəcək

Oktyabrın 16-da Parisdə cüdo üzrə “böyük dəbilqə” turniri start götürəcək.

Allsport.az xəbər verir ki, turnirdə kişilərdən ibarət komandamız iştirak edəcək. Belə ki, Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Telman Vəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) yarışda güclərini sınayacaqlar.

Turnirə oktyabrın 17-də yekun vurulacaq.

Həmin kateqoriyadan