“Böyük dəbilqə”nin ilk günündə yalnız Orxan Səfərov fərqlənib

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdoçuların “Böyük dəbilqə” turnirinin birinci günündə millimiz bir medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 60 kq-da komandamızın öncülü Orxan Səfərov 3-cü yerə çıxıb. Mükafatlandırmda ona medalı ACF-in prezidenti Rövnəq Abdullayev təqdim edib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir. Rəqabətdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.

“Böyük dəbilqə”də ilk 3 yeri tutanlar müvafiq olaraq, 1000, 700, 5 00, 5-ci pillənin sahibləri 360, 7-ci sırada qərarlaşanlar 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan