“Böyük dəbilqə”nin məkanı Bakıdan Düsseldorfa dəyişdirilib

Hər il Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışının məkanı dəyişir. Allsport.az saytı xəbər verir ki, ACF bütün qüvvəni sentyabrda paytaxtda təçkil olunacaq dünya çempionatına səfərbər edəcək. Beynəlxalq Cüdo Federasiyası tərəfindən yayılmış məlumatda, 2018-ci ilin “Böyük dəbilqə”si həm şəxsi, həm də komanda formatında göstərilir.

Bununla əlaqədar, həmin tədbirə Bakı ev sahibliyi etməyəcək. İJF-nin ilkin təqvimində bu turnirin mayın 11-13-də Azərbaycan paytaxtında keçirilməsi nəzərdə tutulurdu. Lakin həmin cədvəl hələ qəti deyildi. İndi məlum olub ki, Bakı “Böyük dəbilqə” turnirinin təşkili məsələsini öz üzərinə götürməyəcək və bütün səylərini yalnız dünya çempionatına hazırlıq üzərində cəmləşdirəcək.

Azerijudo.com saytınaın xəbərinə görə, İJF bu vəziyyəti nəzərə alaraq “Böyük dəbilqə” statusunu Düsseldorfa həvalə etməyi qərara alıb. Bu şəhərdə hər il keçirilən qran-pri yarışlarına ən güclü idmançılar cəlb edilir. Azərbaycan cüdoçuları da Almaniyada dəfələrlə uğurlu çıxışlar ediblər. Məsələn, keçən il 73 kq çəki dərəcəsində finalda yaponiyalı Şoxei Ono qarşılaşan Rüstəm Orucov Rio olimpiadasında həlledici döyüşdə yenə həmin rəqiblə görüşüb.

İndi Düsseldorfda keçiriləcək yarışın statusu daha da artacaq, çünki gələn il Qran-Pri “Böyük dəbilqə”yə çevriləcək və həmin yarışlar fevralın 23-25-də keçiriləcək. Gələn il dörd belə turnir nəzərdə tutulur. Onlardan 1-cisi Parisdə, 2-cisi Düsseldorfda, 3-cüsü Yekaterinburqda keçiriləcək, ilin sonunda isə artıq ənənəyə görə “Böyük dəbilqə” mərhələsini Tokio qəbul edəcək.

İJF-dən verilən məlumata görə, olimpiya dövrəsi 2018-ci ilin mayında başlanacaq. Cüdoçular həm reytinq balları, həm də Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu baxımdan, Bakıda keçiriləcək dünya çempionatı mövsümün ən mühüm startı olacaq. Çempionat maksimum xal qazanmaq imkanı verəcək və bu mundialın mükafatçılarının Tokio mərhələsinə düşmək şansları xeyli artacaq.

Həmin kateqoriyadan