“Böyük dəbilqə”nin son günündə 1 cudoçumuz Rio-2016-ya yolunu açdı

Heydər Əliyev adına İdman Sarayında cüdoçuların “Böyük dəbilqə” turniri başa çatdı. Allsport.az saytı xəbər verir ki, son yarış günündə medal qazanmasaq da, millimizin 1 üzvü Rio-2016 yolunda mühüm xallara yiyələndi. Bürünc medal uğrunda mübarizədə Məmmədəli Mehdiyev (100 kq) fransalı həmkarına uduzaraq 5-ci oldu, 100 bala sagib çıxdı. Digər günlərdə ən yaxşı nəticəni Tərlan Kərimovla (66 kq) Rüstəm Orucov (73 kq) göstərmişdilər – bürünc medal.

Böyük dəbilqə”nin mükafat fondu 154 min ABŞ dolları idi. Məbləğ kişi və qadınlar arasında 14 çəki dərəcəsi üzrə bərabər şəkildə bölüşdürüldü. Hər çəkiyə 11 min dollar düşdü. Bunun 5 min qalibə, 3 min finalçıya, daha 3 min dollar isə 2 bürünc mükafatçıya çatdı.

Qaydaya əsasən, olimpiya oyunlarına kişilərdə hər çəkidə ilk 22 yerdə qərarlaşan 1 cüdoçu yollana bilər. İndiki halda, əməli olaraq, 4 idmançımız Rio-2016-ya vəsiqə qazanıb. «Böyük dəbilqə» ilk 3 yerə müvafiq olaraq 500, 300 və 200 xal verdi. 5-ci sıranı tutan 100, 7-ci mövqedə olan 80 bal aldı.

Həmin kateqoriyadan