“Böyük dəbilqə”yə kimlər yollanacaq?

Allsport.az saytı xəbər verdiyi kimi, 4-5 fevralda Parisdə cüdoçuların “Böyük dəbilqə” turniri keçiriləcək. 2-günlük yarışda 85 ölkədən 527 idmançı mübarizə aparacaq. Artıq millimizin dəqiq heyəti məlum olub.

Məşqçilər korpusu Fransa paytaxtında Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi – 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri, Camal Həmzətxanov (+100 kq) fürsət verəcək.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.

Yarışdan sonra seçmə komandamız beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Həmin kateqoriyadan