Britaniyalı boccia məşqçisi Bakıda

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəmizdə boccia idman növünün inkişafına dəstək məqsədilə tanınmış britaniyalı məşqçi Metyu Kendrikin Bakıya ikigünlük səfərini təşkil edəcək.

Allsport.az xəbər verir ki, milli paralimpiya komitəsinin dəstəyi ilə yanvarın 10-11-də həm yerli boccia məşqçiləri, həm də idmançıları üçün Ramanada yerləşən 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçiriləcək. Bundan başqa, boccia idmanı haqqında bir neçə maarifləndirici videolar səfirliyin rəsmi səhifəsində paylaşılacaq.

Buraya boccianın qaydaları və tarixi, Azərbaycanda bu idman növü ilə məşğul olanların həyatında müsbət dəyişikliklər, məşqçi və idmançıların Kendrikin səfərindən nələr öyrəndikləri haqqında qısa videolar daxildir. Məqsəd idmanın bu növünə diqqəti cəlb etmək və sağlamlıq imkanları məhdud şəxslər arasında bu idmana qoşulmaq üçün stimul yaratmaqdır.

Həmin kateqoriyadan