Bu gün çıxış edən 11 cüdoçudan yalnız Hidayət Heydərov fərqləndi – 5-ci yer və 360 reytinq xalı

Bu Paris “Böyük dəbilqə”sinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda 100 ölkədən 625 cüdoçunun (369 kişi, 256 qadın) mübarizə aparır. Fransaya böyük heyətlə yollanan millimiz ilk gündə medal qazanmayıb.

Kişilərdə Rəşad Yelkiyev, Tofiq Məmmədov (60 kq), Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq), Rüfət Məmmədov (73 kq), qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (52 kq) və İçinkorlo Munxtsedev (57 kq) ilk 7-liyə düşə bilməyiblər.

Bizdən ən yaxşı nəticə 73 kq-da Hidayət Heydərov məxsus olub. Dünya çempionatının bürünc mükafatçısı “D” qrupunun qalibi kimi mübarizəni davam etdirib və finala gedən yolda 3-qat dünya çempionu yaponiyalı Soiçi Hoşimotoya və gürcüstanlı Laşa Şavdatuaşviliyə yenilərək 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan