Bu gün cüdoçularımız Qazan tatamisinə çıxırlar

Bu gün Tatarıstan paytaxtı Qazanda cüdoçuların Avropa çempionatı start götürəcək.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin baş məşqçi Peter Zayzenbaxer bu sınaqda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi – 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) xidmətindən istifadə edəcək.

Qadınlardan isə yalnız Aişə Qurbanlı (48 kq) çıxış edəcək. Qitənin ən güclülərinin yarışı aprelin 24-də başa çatacaq.

Həmin kateqoriyadan