Bu gün qadın həndbol klublarımızın avrokuboklarda rəqibləri bilinəcək

Qadın həndbolçulardan ibarət klublarımız avrokuboklara hazırlaşırlar. Allsport.az saytı xəbər verir ki, son ölkə çempionu “Nur” (Mingəçevir) EHF, gümüş medalçı “Azəryol” (Bakı) Çağırış kuboklarında Azərbaycanı təmsil edəcəklər. Hər 2 yarışın püşkatması bu gün Avstriyanın paytaxtı Vyanda keçiriləcək.

EHF kubokunda 54 komanda iştirak edəcək. Bizimkilər ilk ələmədən mübarizəyə başlayacaq. İlk mərhələnin görüşləri sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.

34 komandanın qatılacağı “Challenge Cup”da ilk matçları oktyabrın 14-15-də, cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq. Bakı klubu rəqabətə 3-cü təsnifatdan başlayacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.

Həmin kateqoriyadan