- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 35
- İyun 26, 2026
- 0
Bu gün qadın həndbolçuların superliqasına sona çatıb. Allsport.az saytı xəbər verir ki, son oyun günündə “Qarabağ” autsayder “Gənclərbirliyi”nə 37:23, çempionluğu öncədən müəyyənləşən “Azərsu” debütant “İdman Akademiyası”na 45:24 hesabları ilə qalib gəlib.
Turun mərkəzi qarşılaşmasında Mingəçevirin “Nur” komandası “Azəryol”u 27:24 yenmişdi. Beləliklə, 31 xal toplayab “Azərsu” uğurunu rəsmiləşdirib. Liderdən 3 xal geri qalan “Azəryol” 2-ci olub. Bürünc medal 27 xalı olan “Nur”a qismət olub.