- Baxış sayı: 24
- 17 İyun 2025 20:58
- Baxış sayı: 85
- İyun 17, 2025
- 0
“Neftçi” premyer liqanın 35-ci turunda evdə “Səbail”ə imkan tanımayıb – 3:0.
Allsport.az xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçi Samir Abbasov açıqlama verib:
“Səbail”lə ilk oyunumuz tam fərqli idi. O vaxt biz yeni gəlmişdik, əhval-ruhiyyə, motivasiya başqa idi. İndi isə tam rahatlıq var idi ki, bunun da fonunda çox şey istədiyimiz kimi alındı. Mövsüm ərzində bundan qat-qat yaxşı oyun göstərdiyimiz matçlar olub. Bəzilərində bir hissəni, bəzilərində tam oyunu yaxşı keçirmişik. Bununla belə, bəzi çatışmazlıqlara görə istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə vadar edir. İnşallah, bu çatışmazlıqların üzərində işləyib yeni mövsümdə başqa bir komanda olacağıq”.